• $
  • £

Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının açılışı olub

Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının açılışı olub
28.05.2022 13:30
Çinin Pekin şəhərində Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının açılışı olub. Bu barədə Azərbaycanın Çindəki Səfirliyindən məlumat verilib.

Bu münasibətlə diplomatik korpusun Qarabağ zalında rəsmi qəbul təşkil edilib.
 
Tədbirdə Çinin Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri və Çində akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər.

Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun təbrik çıxışı videoformatda tədbir iştirakçıları üçün nümayiş etdirilib. Nazir çıxışında səfirliyin yeni binasının açılış mərasiminin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində, eləcə də Azərbaycan xalqı üçün əlamətdar bir tarix olan 28 May - Müstəqillik Günü ərəfəsində təşkil edilməsinin məmnunluq doğurduğunu və xüsusi rəmzi əhəmiyyət daşıdığını vurğulayıb.

Çindəki səfirliyin yeni bina kompleksi Azərbaycanın xaricdəki ən böyük səfirlik binalarından biridir. 5000 kvadratmetrdən çox sahəsi olan, 5-i üst və 2-si zirzəmi qatı olmaqla 7 mərtəbədən ibarət yeni bina öz müasir memarlığı, milli çalarları və əzəməti ilə seçilir. Pekinin "qızıl rayonu” hesab edilən Lianmaçiao ərazisində yerləşən kompleksdə konsulluq xidmətlərinin həyata keçirilməsi, eləcə də "Bazar günü məktəbi”nin fəaliyyət göstərməsi üçün əlavə inzibati bina da tikilb. Bina kompleksinin interyerində Azərbaycanın milli ornamentlərindən geniş istifadə edilib, əsas giriş hissəsində divarda müasir incəsənət üslubu ilə ümummilli lider Heydər Əliyevin portreti və söylədiyi "Müstəqilliyiz əbədidir, daimidir, dönməzdir” aforizmi həkk edilib. Naxçıvan konfrans zalı, 200 nəfərlik Qarabağ qəbul zalı, Bakı, Şuşa, Gəncə, Şirvan kimi görüş otaqları ən müasir texnologiyalarla təchiz edilib, həmin bölgə və şəhərlərə xas elementlərlə zənginləşdirilib. Binadakı Heydər Əliyev sərgi zalında ümummili liderin büstü qoyulub, onun həyat və fəaliyyətindən bəhs edən guşə yaradılıb, ulu öndərin Çinə səfərindən, eləcə də xarici ölkə rəhbərləri ilə görüşlərindən fotoşəkillər yerləşdirilib. Sərgi zalında həmçinin Azərbaycanın mədəni irsinə aid misgərlik nümunələri, Qobustan qaya rəsmlərinin imitasiyaları, zərgərlik məmulatları, xalçalar, musiqi alətləri, şəbəkələr və milli paltarlar nümunələri nümayiş etdirilir və interaktiv LED ekran vasitəsilə ölkəmizin mədəniyyətinə dair məlumatlar verilir. Səfirliyin bilavasitə qonşuluğunda ABŞ, Fransa, Yaponiya, İsrail, Hindistan, Cənubi Koreya, Bruney, Sinqapur və s. ölkələrin Çindəki səfirlikləri də yerləşir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol