Ukraynada ölən uşaqların sayı 242-yə çatıb
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 242 uşaq ölüb, 440 uşaq güllə və qəlpə yarası alıb. Bu barədə əlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.
Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 888 təhsil müəssisəsinə ziyan dəyib, 180-i isə tamamilə dağıdılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər