• $
  • £

ABŞ-da koronavirusun təhlükəli ştamı aşkarlanıb

ABŞ-da koronavirusun təhlükəli ştamı aşkarlanıb
30.05.2022 09:09
ABŞ-da koronavirusun həm "omikron”, həm də "delta” ştamlarının xüsusiyyətlərini birləşdirən daha bir ştamı müəyyən edilib.

"Report” bu barədə "Associated Press”ə istinadən xəbər verir.

Məlumata görə, hazırda ABŞ-da dominant olan ştam "omikron” "ailə”sinin üzvüdür, lakin alimlər onun əvvəlkilərdən daha sürətli yayıldığını, immunitet sistemini aldatmaqda daha mahir olduğunu və ciddi fəsadlara səbəb ola biləcəyini deyirlər.

"Bu mutant həm "omikron”, həm də "delta” ştamlarının xüsusiyyətlərini birləşdirdiyindən virusun əvvəllər əldə edilmiş immunitetdən yayınmasına imkan verir, xüsusən də "omikron”la yoluxanların”, - Texasdakı Hyuston metodist məktəbinin patoloqu doktor Uesli Lonq deyib.

Oxşar genetik dəyişikliklər Cənubi Afrikada üstünlük təşkil edən və BA.4 və BA.5 kimi tanınan "omikron” ştamlarında da mövcuddur. Onlar "delta” ilə eyni mutasiyaya malikdirlər.

ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birincidir.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol