Kadırovun yaxın adamı Ukraynada öldürüldü
Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın adamı, mayın 31-də Axmat Kadırov adına xüsusi təyinatlı alayın dördüncü batalyonunun komandirinin müavini, polkovnik-leytenant Zaur Dimayev Donbassda döyüşlər zamanı həlak olub. Bu barədə "Baza" Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, mayın 31-də günortadan sonra xüsusi alayın döyüşçülərinin mindiyi "UAZ Patriot” maşını Kamışevaxa kəndində atəşə tutulub. İki çeçen polis əməkdaşı həlak olub, dördü isə yaralanıb.
Dimayevin maşını Kamışevaxi ərazisində atəşə tutulub. Həm Dimaev, həm də sürücüsü hadisə yerində ölüb.
Bundan öncə Ramazan Kadırovun yaxın adamı, general Moqammed Tuşayev Ukraynada öldürülmüşdü.
Çeçenistan hələlik bu məlumatı təsdiqləməyib.
AYTAC
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox