Almaniya Ukraynaya yardım göstərəcək
Almaniya kansleri Olaf Şolz,
Rusiyaya qarşı döyüşən Ukraynaya "İris-T” tipli Hava Hücumundan Müdafiə Sistemi verəcəklərini
açıqlayıb. Bu barədə məlumat "trt haber" məlumat yayıb.
Onun sözlərinə görə, Almaniya bütün imkanları ilə Ukraynanı dəstəkləməyə davam edəcək.
"Putin hədəflərinə çatmamalıdır! Ölkəmiz hal-hazırda maliyyə və iqtisadi cəhətdən dəstəklədiyi Ukrayna dövlətinə silah tədarükü edir. Hökumətimiz, indi Ukraynaya ən müasir Hava Hücumundan Müdafiə Sistemi olan "İris-T” sistemini tədarük etməyə qərar verib. Beləliklə, biz Ukraynada elə bir şərait yaradacağıq ki, o böyük şəhərlərini Rusiyanın hava hücumlarından qoruya bilsin”. – Şolz bildirib.
Onun sözlərinə görə, Ukraynaya müasir radar sistemlərini verdikdən sonra, Almaniya höküməti, Hollandiya ilə birlikdə Ukraynanı ən müasir haubitsa silahları ilə təmin edəcək.
Şolz, Almaniyanın Ukraynaya silah və sursat verməsi ilə bağlı olan bəzi tənqidlərə qarşı çıxaraq, müharibə başlayandan dərhal sonra Ukraynaya o dövrdə təcili ehtiyac duyulan hava və tank əleyhinə raketlərin, daha sonra isə 15 milyon mərminin verildiyini xatırladıb.
"Bizim tərəfimizdən Ukraynaya 100 min əl qumbarası, 5 mindən çox tank əleyhinə raket, minalar, geniş partlayıcılar, pulemyotlar, digər avadanlıq və materialların verilib”. – Şolz qeyd edib.
Ukrayna hökuməti Almaniyanın Müdafiə Sənayesi ilə də "Gepard” tipli tankın alınması üçün müqavilə imzalanıb.
"Müharibənin məqsədləri ilə bağlı müzakirələr gedir. Məqsədimiz Putinin qalib olmamasıdır. Məqsədimiz Ukraynanın özünü müdafiə edə bilməsi və beləliklə də müvəffəqiyyət qazanmasıdır”. – o deyib.
Kansler Şolz, bu məsələdə nümayiş etdirilən birliyin pozulmamasını istəyib.
Sonunca dəfə, Pentaqonun təmsilçisi Con
Kirbi, Ukraynaya artıq 3 dəfə hərbi təyinatlı yüklər göndərildiyini və bu qəbildən
yeni yardımın hazırlandığını açıqlayıb. Həftənin son günlərində Vaşinqtondan
Kiyevə 170 ton silahın və hərbi sursatdan ibarət olan; "SMAW-D” qumbaraatanları, tank
əleyhinə "Javelin” kompleksinin raketləri, göndərilib. Ötən
həftə isə, digər NATO ölkələri tərəfindən, tank əleyhinə
"NLAW” qumbaraatanlarının və "Stinger” zenit-raket
komplekslərinin (ZRK) Ukraynaya veriləcəyi açıqlanıb.
Cavanşir Qasımov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox