• $
  • £

Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edib

Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edib
03.06.2022 14:40
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın başlatdığı müharibəyə görə xüsusi tribunalın yaradılmasını tələb edir. Bu barədə qurumun savaşın 100-cü günü ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətdə deyilir.

"Kreml başlatdığı müharibəni dayandıranadək və cinayətlərinə görə lazımi cəzanı, o cümlədən dəymiş ziyanın ödənilməsi və hərbi cinayətkarlar üçün məhkəmə hökmləri ilə cəzalandırılmayanadək təzyiqlər artırılmalıdır. Əminik ki, Ukraynanın qələbəsi dünyada təhlükəsizlik sisteminin yenilənməsi və həm Rusiyanın, həm də beynəlxalq təcavüzün qarşısının alınması istiqamətində təkan olacaq”, -  bildirilir.
 
Britaniya kəşfiyyatı bu gün bəyan edib ki, 100 gün ərzində Rusiya qoşunları Ukraynada heç bir strateji hədəfə çatmayıb .Ruslar Kiyevi və Ukraynadakı güc mərkəzlərini ələ keçirmək kimi ilkin məqsədlərinə nail ola bilməyiblər. Ukraynalıların davamlı müqaviməti və rusların ilk 24 saat ərzində Qostomel aerodromunun təhlükəsizliyini təmin edə bilməməsi sayəsində Rusiyanın hücum əməliyyatı dəf edilib. 

Rusiyanın fevralın 24-də hərbi müdaxiləsi başlayandan mayın 16-dək Ukraynada 3 752 dinc sakin ölüb, 4 062 nəfər yaralanıb. Məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi yayıb. Bildirilib ki, 1 406 kişi, 927 qadın, 86 qız, 96 oğlan, 68 uşaq, 1 169-u yaşlı olmaqla 3 752 dinc sakin öldürülüb, 675 kişi, 472 qadın, 96 qız, 104 oğlan, eləcə də 88 uşaq, 2 550-si yaşlı olmaqla 4 062 dinc sakin yaralanıb.
 
Rusiya ordusunun Ukrayna ərazisindəki davranışları Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılır. Məhkəmənin baş prokuroru Kərim Xan bildirib ki, o, mümkün hərbi cinayətləri araşdırmaq üçün 42 müstəntiq, səhiyyə ekspertləri və digər mütəxəssislərdən ibarət qrup göndərib. 
 
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.


Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol