• $
  • £

BMT Ukraynada araşdırmalara başlayır

BMT Ukraynada araşdırmalara başlayır
04.06.2022 19:00
BMT-nin Ukraynadakı pozuntuları araşdıran Müstəqil Beynəlxalq Komissiyasının komissarları iyunun 7-dən 16-dək ölkədə ilk missiyasını həyata keçirəcəklər.

"Ukrinform” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

"Komissarlar insan hüquqlarının mümkün pozuntuları və təqibləri araşdırmaq, beynəlxalq humanitar hüququn pozulması barədə ilk mənbədən məlumat əldə etmək, habelə zərərçəkənlərlə görüşmək və Ukraynanın bir sıra şəhərlərinə, xüsusilə Lvov, Kiyev, Xarkov və Sumıya səfər etmək niyyətindədirlər”, - qurumdan bildirilib.

Qeyd olunub ki, missiyada üç komissar iştirak edəcək. Onların Ukrayna hökumətinin nümayəndələri, o cümlədən əsas nazirlər, vətəndaş cəmiyyətinin təmsilçiləri və BMT agentlikləri ilə görüşləri planlaşdırılır.
Ukraynadakı missiyasının sonunda, iyunun 15-də komissarlar mətbuat konfransı keçirəcəklər.

Xatırladaq ki, missiyanın pozuntu və təqiblərlə bağlı faktları toplamaq, təhlil etmək hüququ var.

Komissiya öz fəaliyyəti haqqında 2022-ci ilin oktyabrında BMT Baş Assambleyasına, 2023-cü ilin martında isə BMT-nin İnsan Hüquqları Şurasına hesabat verəcək

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol