• $
  • £

Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb

Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb
05.06.2022 11:04
Ermənistanda mayın əvvəlindən davam edən gündəlik etiraz aksiyaları zamanı zorakılıq halları artıb. Bu barədə Emənistan mətbuatı yazıb.

Qeyd edilir ki, etiraz aksiyaları çərçivəsində nümayişçilər artıq bir neçə dəfə hökumət binasına basqın etmək istəyiblər.

Artıq bir neçə gündür davam edən aksiyalar dövlət çevrilişi cəhdlərinə və küçə toqquşmalarına çevrildi.

Baş nazir Nikol Paşinyanın fəaliyyətini sərt tənqid edən müxalifətçilərlə dünən və bu gün polis əməkdaşları arasında toqquşmalar olub. Polisin sərt müdaxilə etdiyi etirazlar zamanı 100-dən çox nümayişçi saxlanılıb.

Paşinyanın əleyhdarları dünən axşam saatlarında yenidən paytaxt İrəvanda "Fransa” meydanına toplaşıblar. Nümayişçilər yürüş zamanı Paşinyan əleyhinə şüarlar səsləndiriblər. Yürüş zamanı Ermənistan polisi müdaxilə etməsə də, izdiham hökumət binasına yaxınlaşanda polis hərəkətə keçib.

Etirazçıların qarşısını kəsən polis nümayişçilərə qarşı sərt şəkildə müdaxilə etməyə başlayıb. Etirazçıları ərazidən dəyənəklərlə uzaqlaşdırmağa çalışan asayş keşikçiləri bəzi etirazçıları sürüyərək maşınlara mindirib.

Qeyd edilir ki, aksiyaçılar Paşinyanın iqamətgahına daxil olmaq istəyiblər, lakin polis əməkdaşları onların yolunu kəsib. Baş nazirin hökumət binasının yaxınlığında yerləşən iqamətgahına üz tutan nümayişçilər şüarlar səsləndirərək, Paşinyanın istefasını tələb ediblər.

Ermənistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, təkcə iyunun 3-də baş verən toqquşmalarda 39-u polis olmaqla, ümumilikdə 60 nəfər xəstəxanalara aparılıb.

Daxili İşlər Nazirliyi saxlanılanların sayını açıqlamır.(report.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol