Böyük Britaniyada işçilər 4 gün işləyəcək
Böyük Britaniyada işçilər 4 gün işləyəcək. Bu barədə xarici KİV-də məlumat yayılıb.
Əməkdaşlar maaş itkisi olmadan bazar ertəsindən etibarən dörd günlük həftədə işləməyə başlayacaq.
www.anews.az
Böyük Britaniya rəqabət üçün yeni sərhədin həyat keyfiyyəti olduğunu önə çəkərək 4 günlük iş rejimi ilə bağlı sınaqlara başlayıb.
70-ə qədər Böyük Britaniya şirkətində 3300-dən çox işçi yeni iş modeli ilə işləməyə başlayıb.
Mütəxəssislər hesab edir ki, bu, iş rejiminin dəyişidirilməsi ilə bağlı ən böyük sınaqdır.
Sınaq mərhələsi 100:80:100 modelinə əsaslanır, yəni 100% məhsuldarlığı qorumaq öhdəliyi müqabilində işə ayrılan 80% zaman üçün 100% ödəniş olunacaq.
2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Artıq bəzi ölkələr buna keçid üçün hazırlığa başlayıb.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçib. Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib.
Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər əsas müzakirə mövzusudur.
Məltəm Şahbazova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox