• $
  • £

Mariupol vəbaya görə karantinə bağlanır

Mariupol vəbaya görə karantinə bağlanır
06.06.2022 16:23
İşğalçılar Mariupolu karantin üçün bağlamağa başlayırlar. Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.

Onun sözlərinə görə, şəhərdəki vəziyyəti yaxından izləyirlər.

"Bundan əlavə, Rusiya tərəfinin infeksiyaya yoluxmuş öz hərbçilərini qəbul etmələri üçün Rostov-Donda artıq ayrı-ayrı yoluxucu xəstəliklər şöbələri hazırladığı barədə məlumatlar var. Həmçinin şəhərin daxilində, işğalçı hakimiyyət və onların kuratorları arasında "vəba” sözü səslənir”.

Onun sözlərinə görə, şəhəri sadəcə bağlamaq - epidemiya ilə mübarizədə ən həyasız üsuldur.

P.Andryuşenko onu da əlavə edib ki, humanitar vəziyyət getdikcə pisləşir: işğal altındakı Mariupolun sakinləri iki gündən bir içməli su alırlar, həmçinin ərzaq problemi var. Rusiya ordusu iyulun 1-dən yalnız təqaüdçülərə və əlillərə pulsuz yemək veriləcəyini elan edib.

Mayın 20-də Mariupolun meri Vadim Boyçenko bildirib ki, işğalçılar şəhərdə su təchizatını bərpa etməyə çalışıblar, lakin səriştəsizliyə görə bu, daşqınlara səbəb olur. Şəhərdə su təchizatının olmaması səbəbindən yoluxucu xəstəliklər geniş yayıla bilər.

Boyçenkonun sözlərinə görə, Mariupolda 100 mindən çox sakin qalıb.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol