• $
  • £

ABŞ Rusiyanın təklifini RƏDD ETDİ

ABŞ Rusiyanın təklifini RƏDD ETDİ
06.06.2022 18:39
ABŞ qlobal ərzaq böhranına qarşı kompleks mübarizə barədə Rusiyanın təklifini rədd edib.
 
Bu barədə "Politico” nəşri Ağ evdəki mənbəyə istinadən məlumat yayıb.
 
Bildirilib ki, Moskva Ukrayna limanlarından taxıl tədarükünə icazə verməsi üçün gübrələrə tətbiq olunan sanksiyaların ləğvini istəyib. Vaşinqton isə Moskvaya cavabında sanksiyaların ləğvi tələbini qəbul etməyəcəyini açıqlayıb.
 
Ukraynadan taxıl tədarükü ilə bağlı danışıqlarda Türkiyə, Rusiya və BMT nümayəndələrinin iştirak etdiyi deyilir.
 
Dünya bazarında buğdanın təxminən 25 faizi, günəbaxan yağının 65 faizi, arpanın 20 faizi və qarğıdalının 18 faizi Ukrayna və Rusiyanın payına düşür. Bundan başqa, Rusiya və Belarus birlikdə dünya gübrə ehtiyatının təxminən yarısını təmin edir.
 
Hazırda Ukrayna anbarlarında 20 milyon tona yaxın taxıl qalıb. Müharibə səbəbindən taxılın ölkədən çıxarılması mümkünsüz hal alıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 23:49
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Makron İlham Əliyevə zəng etdi
Siyasət 18:45
Makron İlham Əliyevə zəng etdi
Ceyhun Bayramov və Tom Berendsen arasında telefon danışığı olub
Siyasət 17:12
Ceyhun Bayramov və Tom Berendsen arasında telefon danışığı olub
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol