• $
  • £

İranda bu dəfə pensiyaçılar etiraza QALXDI

İranda bu dəfə pensiyaçılar etiraza QALXDI
06.06.2022 20:20
İranda pensiyaçılar yaşayış xərclərinin artmasına etiraz ediblər.

Bu barədə ölkənin "Fars" informasiya agentliyi məlumat yayıb.
 
Agentliyin verdiyi məlumata görə, nümayişçilər Təbriz şəhərində "xərclərimiz dollarla, gəlirimiz rialladır” şüarı səsləndiriblər.
 
"1000-ə yaxın təqaüdçü dinc şəkildə etiraz etmək üçün toplaşıb və polisin müşayiəti ilə aksiya keçirib", - deyə agentlik bildirib.
 
Sosial şəbəkələrdəki paylaşımlarda Qəzvin, Şiraz, Şuştər və digər şəhərlərdə keçirilən aksiyalarda hökumətə, habelə prezident İbrahim Rəisinin iqtisadi idarəçiliyinə qarşı şüarlar səsləndirildiyi qeyd olunub.
 
Ölkənin Əmək, Rifah və Sosial Müdafiə Nazirliyi pensiyaları 57,4% artıraraq ayda 55,8 milyon riala (177 dollar) çatdırdığını bəyan edib. Amma təqaüdçülər deyirlər ki, kəskin inflyasiyanın öhdəsindən gəlmək üçün bu məbləğ çox azdır.
 
 İranda bir neçə həftədir etiraz aksiyaları keçirilir. Hökumət aksiyaların xarici düşmənlər tərəfindən təşkil edildiyini düşünür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol