Ruslar rus brendlərinə keçməyə hazırlaşır
Bu il hökumət Rusiya brendlərinin təşviqi üçün ən azı 500 milyon rubl ayıracaq, ilk növbədə vəsait televiziya reklamına sərf olunacaq. TASS xəbər verir ki, bunu Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov "Rusiya pərakəndə satış həftəsi” forumu çərçivəsində deyib.
Onun sözlərinə görə, rus adı olan brendlər, təcrübənin göstərdiyi kimi, xarici brendlərdən daha pis satılır. Odur ki, rusları bu və ya digər şəkildə yerli məhsula keçməyə inandırmaq lazımdır, reklamdan başlamaq lazımdır. Nazir əmin edib ki, yaxın vaxtlarda müvafiq normativ akt qəbul olunacaq.
"Prinsial qərar qəbul edildi. Biz razılaşdıq, bu tədbir üçün pilot rejimdə ayrılacaq vəsaitin həcmini müəyyən etdik”, - deyə o, yekunlaşdırıb.
Ukraynada xüsusi əməliyyat başlayandan sonra onlarla məşhur brend və beynəlxalq korporasiya Rusiyanı tərk edib. Onların bəziləri Rusiya biznesini satıb, bəziləri isə danışıqlar aparır.
www.anews.az

Xüsusilə, McDonald's fast food restoranlar şəbəkəsi və Fransanın avtomobil istehsalçısı Renault Rusiyanı tamamilə tərk etdi. Hazırda keçmiş McDonald's hələ reklam olunmayan yeni adla açılmağa hazırlaşır və Moskvadakı avtomobil zavodu "Moskviç" avtomobillərinin istehsalına keçmək niyyətindədir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox