Ukrayna prezidenti Zelenski Putinlə sülh danışıqlarına hazır olduğunu açıqlayıb
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə sülh danışıqlarına hazır olduğunu təsdiqləyib. Bu barədə Financial Times qəzeti yazır.
Nəşrdə qeyd edildiyi kimi, Zelenski "döyüş meydanında qələbə qazanmaq lazımdır", lakin o, Putinlə sülh danışıqlarına hazır olduğunu bildirib.
O, həmçinin vurğulayıb ki, Rusiya ilə münaqişənin dalana dirənməsi "seçim deyil”. Zelenski qeyd edib ki, istənilən müharibə danışıqlar masası arxasında bitməlidir.
Ukrayna prezidenti bildirib ki, Qərb ölkələrinin Ukraynanın iştirakı olmadan atəşkəs şərtlərini öyrənmək cəhdlərini görüb. "Bizə Qərbin davamlı marağı, Ukraynanın suverenliyinə Qərbin dəstəyi lazımdır. Heç vaxt Ukraynanın arxasında danışıqlar ola bilməz”, - deyə Zelenski bildirib.
Gülnar
www.anews.az