• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Sahibkarlar Mobil-POS xidmətindən komissiyasız istifadə edəcəklər!

Sahibkarlar Mobil-POS xidmətindən komissiyasız istifadə edəcəklər!
08.06.2022 10:42
Xəbər verdiyimiz kimi, Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlara Azərbaycanda ilk dəfə yeni Mobil POS xidmətini təqdim edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri qəbul edə bilərlər.
 
Bu yeniliyin daha əlçatan olmasını təmin etmək üçün Kapital Bank Mobil-POS xidmətinə yeni qoşulanlar üçün xüsusi güzəştli kampaniya təqdim edir. Belə ki, 7–30 iyun 2022-ci il tarixlərində bu xidmətə qoşulan sahibkarlar bütün yay boyu – yəni 31 avqust 2022-ci il tarixinədək heç bir komissiya ödəməyəcəklər. Həmçinin Mobil-POS xidmətinə qoşulan zaman depozit də tələb olunmur.
 
Qeyd edək ki, xidmətdən yararlanmaq üçün "Android” əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması, həmçinin Müştəri Bank istifadəçisi olmaq kifayətdir. Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik sahibkarlar (bərbər, dərzi, kuryer, taksi, ayaqqabı təmiri, köşk sahibləri, qida sektoru, kiçik ticarət, meyvə-tərəvəz və s.) üçün əlverişli olan bu yeniliyi tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasına ehtiyac yoxdur. Xidmətə qoşulma ödənişsizdir, üstəlik bunun üçün Kapital Bank filiallarına gəlməyə ehtiyac yoxdur: qoşulma tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir.
 
Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar. Bu yenilik yaxın gələcəkdə digər əməliyyat sistemləri istifadəçiləri üçün də tətbiq ediləcək.
 
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 10 97  nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol