Dünya bankından Ukraynaya 1,49 milyard dollarlıq maliyyə yardımı
Dünya bankı Ukrayna üçün 1,49 milyard dollar əlavə maliyyələşdirmənin təsdiqləndiyini bildirib. Bu barədə Anadolu ajansı məlumat yayıb.
Bankdan edilən yazılı açıqlamada, yeni maliyyələşdirmənin Dünya Bankının səfərbər etdiyi cəmi 4 milyard dollardan çox dəstək paketinin bir hissəsi olduğu deyilib.
Bankdan edilən yazılı açıqlamada, yeni maliyyələşdirmənin Dünya Bankının səfərbər etdiyi cəmi 4 milyard dollardan çox dəstək paketinin bir hissəsi olduğu deyilib.
Sözügedən fondun təqribən 2 milyard dollarının xərcləndiyi bildirilib və Dünya Bankının İcraçı Direktorlar Şurasının ölkədə dövlət xərclərini dəstəkləmək məqsədilə Ukraynaya 1,49 milyard dollar əlavə maliyyə ayrılmasını təsdiqlədiyi qeyd edilib.
Yeni vəsait hökumət və sosial işçilərin əmək haqlarının ödənilməsinə yönəldiləcək.
Bəyanatda yeni resurs üçün İngiltərə, Hollandiya, Litva və Latviyanın maliyyə zəmanətlərindən istifadə edildiyi, resursun İtaliyadan paralel maliyyələşdirmə və Çox Donor Etimad Fonduna töhfələrlə də dəstəkləndiyi bildirilib.
Dünya Bankının prezidenti David Malpass, Dünya Bankı Qrupunun davam edən müharibə qarşısında Ukraynaya və xalqına davamlı dəstək verdiyini bildirib.
"Biz maliyyə dəstəyini səfərbər etmək və ukraynalıların səhiyyə, təhsil və sosial müdafiəyə çıxışına kömək etmək üçün müxtəlif maliyyə alətlərimizin çevikliyindən istifadə etmək üçün donor ölkələrlə işləyirik", - Malpass bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər