• $
  • £

Deputatlar Kamboca Baş naziri ilə görüşüb

Deputatlar Kamboca Baş naziri ilə görüşüb
08.06.2022 13:19
Kamboca Xalq Partiyasının sədri, Kamboca Krallığının Baş naziri Hun Sen ölkədə keçirilən seçkiləri müşahidə edən beynəlxalq missiyanın üzvlərini qəbul edib.
 
Bu barədə Milli Məclisin deputatı Soltan Məmmədov məlumat verib. Azərbaycan Milli Məclisinin üzvləri Ramin Məmmədov və Soltan Məmmədov da qəbulda iştirak ediblər.
 
Deputat bildirib ki, Baş nazir Kambocanın tarixi, ictimai-siyasi həyatı, seçkilərin əhəmiyyəti barədə məlumat verib. Daha sonra Baş nazirin Azərbaycan nümayəndələri ilə ayrıca görüşü keçirilib. Görüşdə Hun Sen ikitərəfli münasibətlərin müxtəlif aspektləri haqqında danışıb. Azərbaycan və Kamboca arasında siyasi əlaqələrin və iqtisadi əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) və Mərkəzçi Demokrat İnternasionalı (CDI) çərçivəsində səmərəli əməkdaşlıq qurulduğunu qeyd edib.
 
Azərbaycan Milli Məclisinin üzvləri ölkəmizin Vətən müharibəsində qazandığı tarixi zəfərin əhəmiyyəti, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına verdiyi önəmli töhfələr haqqında məlumat veriblər. Kamboca Krallığının ölkəmizin haqlı mübarizəsinə dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. İki ölkənin hökumətləri arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndiyi qeyd olunub. Qoşulmama Hərəkatı çərçivəsində siyasi əlaqələrin dünyada sülhə və dialoqa xidmət etdiyi bildirilib.


Milli Məclisin deputatları Ramin Məmmədov və Soltan Məmmədov Kamboca Krallığında keçiriləcək bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün iyunun 2-də bu ölkənin paytaxtı Pnompen şəhərinə səfər ediblər.
 
Səfər bu gün başa çatıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 23:49
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Makron İlham Əliyevə zəng etdi
Siyasət 18:45
Makron İlham Əliyevə zəng etdi
Ceyhun Bayramov və Tom Berendsen arasında telefon danışığı olub
Siyasət 17:12
Ceyhun Bayramov və Tom Berendsen arasında telefon danışığı olub
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol