Microsoft Rusiyadakı fəaliyyətini azaltmağa hazırlaşır
Microsoft Rusiyadakı fəaliyyətini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Bu barədə məlumatı Bloomberg yayıb.
www.anews.az
Şirkət 400-dən çox işçinin dəyişikliklərdən təsirlənəcəyini bildirib.
"İqtisadi perspektivlərin dəyişməsi və Rusiyadakı biznesimizə təsir nəticəsində biz Rusiyadakı fəaliyyətimizi əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəldik. Yeni satışların dayandırılması ilə yanaşı, Rusiya müştəriləri ilə mövcud müqavilə öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik”, - şirkətin açıqlamasında bildirilir.
Şirkət dəyişikliklərdən təsirlənən işçilərlə sıx əməkdaşlıq etdiyini və onlara hərtərəfli dəstək verməyi planlaşdırdığını açıqlayıb. Eyni zamanda, Microsoft qarşıdan gələn dəyişikliklərin şirkətin fəaliyyətinin hansı sahələrinə təsir edəcəyini dəqiqləşdirməyib.
Bundan əvvəl Inventive Retail Group Rusiyada Nike, Samsung, Lego və Apple mağazalarının sayını xeyli azaltmağı planlaşdırır. Bununla belə, şirkət Rusiya bazarını tamamilə tərk etməyi planlaşdırmır.
Rafiq Şahbazov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox