• $
  • £

Türkiyənin pilotsuz təyyarəsi yeni raket alacaq

Türkiyənin pilotsuz təyyarəsi yeni raket alacaq
08.06.2022 15:04
Türkiyənin Anka pilotsuz təyyarəsi iyunun sonuna qədər yeni Kuzgun raketi ilə təchiz olunacaq. Bu barədə xəbəri Anadolu agentliyi yayıb.

Türk Havacılık və Uzay Sanayii (TUSAŞ) İHA sistemləri üzrə inkişaf şirkətinin baş direktorunun müavini Ömər Yıldızın sözlərinə görə, yeni Kuzgun raketi Türkiyənin Anka pilotsuz təyyarəsinin arsenalına ayın sonuna kimi daxil olacaq. 

Anka Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış pilotsuz təyyarələrdəndir. Pilotsuz təyyarə türkcə Zümrüd-ü Anka adlanan mifoloji feniksin adını daşıyır. Anka-nın yaradılması üzərində iş 2004-cü ildən davam edir. Dron ilk uçuşunu 2010-cu ildə edib. TUSAŞ pilotsuz təyyarənin iki versiyasını - Anka-A və Anka-B-ni inkişaf etdirdiyini açıqlayıb. Birincisi müşahidə, patrul və kəşfiyyat üçün nəzərdə tutulub. Anka-B raketlər və hava bombaları ilə silahlanmış zərbə pilotsuz uçuş aparatı olacaq.

Reaktiv mühərrikli "Kuzqun” raketinin çəkisi 100 kq-a qədərdir. Raket 60-90 kq ağırlığında döyüş başlığı daşıya bilir. Raket bərk yanacaq daşıyıcı sistemi ilə təchiz edilib, onun sayəsində o, uzun məsafələri qət edir.

Yeni raketin Anka-nın istifadə etdiyi kiçik ölçülü MAM-C və MAM-L sursatlarını tamamlayacağı bildirilir. Pilotsuz təyyarə həmçinin okeanda akustik məlumat toplamaq üçün nəzərdə tutulmuş Sonobuoy cihazını və dəniz minalarını aşkar etmək üçün SAR radarını daşıya biləcək.

Bundan əvvəl bildirilmişdi ki, Türkiyə NATO-ya üzv olmaq istəyini dəstəkləsə, Finlandiya Türkiyə istehsalı olan pilotsuz təyyarələr almağı düşünə bilər.
 
Rafiq Şahbazov

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol