Hakerlər “Kommersant FM” radiosunda Ukrayna mahnıları yayımlayıblar
Hakerlər "Kommersant FM” radiostansiyasına kiber hücumlar edərək Ukrayna mahnılarını, həmçinin "Nogu Svelo” qrupunun "Generation Z” mahnılarını yayımlayıblar. Bu barədə Rise Telegram kanalı xəbər yayıb.
Radionun redaksiyası kiber hücum barədə xəbəri təsdiqləyib.
"Təxminən 10-15 dəqiqə əvvəl bizə kiber hücum oldu. Hələ problem aradan qalxmayıb, biz bu məsələni araşdırırıq. Bunun necə baş verdiyi hələ aydın deyil”, - redaksiyadan bildiriblər.
Efirə daxil olan mahnıya görə artıq "Nogu Svelo” qrupunun solisti Maks Pokrovskiyə "Rusiya Federasiyası Silahlı Qüvvələrini gözdən salmaq” maddəsi ilə inzibati iş açılıb.
Bundan əvvəl Rusiyanın Tikinti, Mənzil və Kommunal Təsərrüfat Nazirliyinin saytının haker hücumuna məruz qaldığı barədə məlumat yayılmışdı. Nəşr qeyd edir ki, idarənin əsas səhifəsində onun DumpForums.com komandası tərəfindən sındırıldığı qeyd edilib.
Rafiq Şahbazov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox