Azərbaycan neftinin qiyməti 130 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,08 ABŞ dolları, yaxud 1,63 % artaraq 130,02 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
www.anews.az
Bu barədə "neft bazarındakı mənbə məlumat verib.
Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı qərar "qara qızıl”ın qiymətindəki artımı sürətləndirib.
Hərraclarda "Brent” markalı neftin avqust fyüçersləri 123,58 ABŞ dollardan satılıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 