• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycanda layihələr üçün 2,7 mlrd manatdan çox güzəştli kredit ayrılıb

Azərbaycanda layihələr üçün 2,7 mlrd manatdan çox güzəştli kredit ayrılıb
09.06.2022 11:10
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bugünədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2,7 milyard manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb.

Bu barədə SİF məlumat yayıb.


Bildirilir ki, verilmiş güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsündə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin payı 91,7 % təşkil edib. 6,1 % sənaye məhsullarının istehsalı və emalı, 1,6 % xidmət sahələrinin (infrastruktur, tibb, təhsil və s.) inkişafı, 0,6 %-i isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.


Məbləğ üzrə kreditlərin 60,5 % kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 26,1 %-i sənaye məhsullarının istehsalı və emalı, 2,2 %-i turizmin inkişafı, 11,1 %-i isə xidmət sahələrinin inkişafına yönəldilib.


Verilmiş güzəştli kreditlər əhalinin məşğulluq səviyyəsinin artırılmasında vacib rol oynayır. 2002-2022-ci illər ərzində verilmiş güzəştli kreditlər hesabına 177 mindən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Güzəştli kreditlərdən istifadə etməklə reallaşdırılan layihələr hesabına kənd təsərrüfatı sahəsində təqribən 113 min, sənaye sahəsində 50 min, turizm və xidmət sahələrində isə 14 minədək insanın işlə təmin olunması imkanı yaranıb.


2002-2022-ci illər ərzində güzəştli kreditlərin regionlar üzrə bölgüsündə layihə sayı üzrə 6,5 % Bakı şəhəri və ətraf qəsəbələrin, 93,5 %-i isə regionların payına düşür. Maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6 %-lə ilk yerdədir. Məbləğ üzrə kreditlərin 25,6 % Bakı şəhəri, 74,4 % isə digər regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilib.

 İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən, 2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılmış publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəz edən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol