• $
  • £

BMT-yə qeyri-daimi üzvlər seçilib

BMT-yə qeyri-daimi üzvlər seçilib
10.06.2022 12:22
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 2023-2024-cü illər üçün Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiyanı qeyri-daimi üzv seçib. Yeni üzvlər BMT Baş Assambleyasında keçirilən iclasda açıqlanıb.

Bu ölkələr 2022-ci il dekabrın 31-də qeyri-daimi üzv qismində səlahiyyət müddəti bitən Hindistan, İrlandiya, Keniya, Meksika və Norveçi əvəz edəcək.

Təhlükəsizlik Şurası qeyri-zoraki münaqişə həlli və profilaktik tədbirləri əsas götürməklə, dövlətlər əleyhinə güc istifadəsi üçün nəzərdə tutulmuş qətnamələr hazırlamaq səlahiyyətinə malikdir. Bir dövlət əleyhinə silahlardan istifadəyə görə qətnamə vermək üçün heç bir qadağa olmadan 15 üzvdən ən azı 9-dan "hə" səsi alınmalıdır. Yalnız onun daimi üzvlərinin veto qoymaq səlahiyyəti vardır. Onun tərkibi BMT nizamnaməsinə əsasən qurulmuşdur və Çin, Fransa, Rusiya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları kimi 5 daimi üzvdən ibarətdir. Bundan əlavə, 2 il müddətinə seçilmiş 10 qeyri-daimi üzv Şurada xidmət göstərir. Qeyri-üzvlər dinləmələrdə və iclaslarda iştirak edə bilər, amma səs verə bilməz.
 
Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin saxlanması üçün inkişaf etmiş BMT-nin əhəmiyyətli bir sahəsidir.
 
Birləşmiş Millətlər Təşkilatı  1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Höküməti"dir. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80- % ərazisi, BMT-nin mandat sisteminə daxildir.
BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol