Rusiya Ukraynanın itkilərini AÇIQLADI
Son sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Su-25 hücum təyyarəsini, bir MiQ-29 qırıcısını və beş pilotsuz uçuş aparatını vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Rusiya hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinin Xarkov vilayətinin Dolqenkiy rayonunda bir Su-25 və Dnepropetrovsk vilayətinin İnqulets şəhərində bir MiQ-29 hərbi təyyarəsini vurub. Həmçinin ötən sutka ərzində Ukraynanın 5 pilotsuz uçan aparatı məhv edilib", deyə Rusiya MN sözçüsü vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox