Azərbaycan əhalisi içkilərə nə qədər pul xərcləyib?

2022-ci il yanvar-mayda Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 908,9 milyonmanatlıq içkilər və tütün məmulatları satılıb. 2021-ci ilin eyni göstəricisinə nisbətdə içki və tütün məmulatları üzrə isə əhaliyə illik ifadədə 65,3 milyon manat və ya 7,7% çox məhsul satılıb. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.
Cari ilin 5 ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9 217,4 mln. manatlıq ərzaq məhsulları satılıb. 2021-ci ilin eyni göstəricisinə nisbətdə, əhali tərəfindən təkcə ərzaq məhsullarına 1 679,8 mln. manat və ya 22,3% çox vəsait xərclənib.
Bu ilin ilk beş ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 52,1%-i ərzaq məhsullarının (2,6 faiz bəndi artım) alınmasına, 5,1%-i isə içki və tütün məmulatların alınmasına (azalma - 0,4 faiz bəndi) sərf olunub.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 