Azərbaycanda istehlak qiymətləri indeksi artıb - RƏSMİ

2022-ci ilin yanvar-mayında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mayına nisbətən 12,6% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.
Hesabat dövründə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,9%, qeyri-ərzaq məhsulları üzrə 6,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2% bahalaşıb.
Cari ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7%, əvvəlki ilin mayına nisbətən 13,7% artıb.
2022-ci ilin yanvar-aprelində Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən idxal həyata keçirilib. Hesabata görə, ölkənin xarici ticarət dövriyyəsi 16,825 milyard dollar təşkil edib. Ticarət dövriyyəsinin 12,784 milyard dollarını ixrac olunmuş məhsulların, 4,04 milyard dollarını isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 8,744 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2021-ci ilin yanvar-apreli ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,9% artıb, real ifadədə isə 9,8%, o cümlədən idxal 4,8% azalıb, ixrac isə 18,3% artıb.
2022-ci ilin ilk 4 ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin 37,4 faizi İtaliya, 12,3% Türkiyə, 5,6% Rusiya, 4 %-i Çin, 3,5 %-i İsrail, 2,9 %-i Böyük Britaniya, 2,6 %-i Ukrayna, 2,5 %-i Portuqaliya, hər biri 2,4% olmaqla Hindistan, Almaniya və Yunanıstan, 2,1 faizi Gürcüstan, 1,8%-i İspaniya, 1,6 faizi Tailand, 1,4%-i Qazaxıstan, 1,1%-i Tunis, 1 %-i İran, 13 %-i isə digər ölkələrin payına düşüb.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 