BP-nin Azərbaycanda neft hasilatı aşağı düşüb - RƏSMİ

BP-Azərbaycan ölkənin ən iri neft yataqları olan Azəri-Çıraq-Günəşlidə (AÇQ) hasilatı 2022-ci il yanvar-mayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% azaldıb. Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat verib.
Bu ilin ilk 5 ayında ACQ-də hasilat keçən ilin uyğun dövrü ilə müqayisədə 9,5 milyon tondan 8,8 milyon tona kimi azalıb.
Bu ilin yanvar-mayında Azərbaycanda neft hasilatı 13,9 milyon ton təşkil edib.
"Respublika üzrə neft hasilatının 8,8 milyon tonu "Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) "Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib ", - Energetika Nazirliyi bildirib.
BP-Azərbaycan "Şah-dəniz" qaz yatağından hasilatı ötən ilin uyğun dövrü ilə müqayisədə 8,4 milyard kubmetrdən 10,6 milyard kubmetrə kimi artırıb.
"Cari ilin 5 ayı ərzində ölkədə 19,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,8 milyard kubmetri AÇG-dən, 10,6 milyard kubmetri "Şahdəniz”dən, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib", - Energetika Nazirliyinin məlumatında bildirilib.
AÇG xarici şirkətlərdən ibarət Neft konsorsiumu tərəfindən istismar edilir. Layihədə BP - 30,37%, SOCAR -25,0%, MOL - 9,57%, İNPEKS - 9,31%, Equnor - 7,27%, EksonMobil - 6,79%, TPAO - 5,73%, İTOÇU - 3,65%, ONGCVideş - 2,31% ilə təmsil olunub.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 