Azərbaycan neft hasilatı azalıb

Azərbaycan neft hasilatını (kondensatla birgə) 2022-ci ilin yanvar-mayında ötən ilin uyğun dövrü ilə müqayisədə 14,3 milyon tondan 13,9 milyon tona endirib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Hasil edilən neftin 3,2 milyon tonu SOCAR-ın, 8,8 milyon tonu BP şirkətinin operatorluğu altında istismar edilən Azəri-Çıraq-Günəşli yataqlarının, qalanı isə "Şahdəniz" yatağından çıxarılan qaz kondensatının payına düşür.
Hesabat dövründə 11,4 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib. Bunun 10,7 milyon tona yaxını konsorsiumun, 696.000 tonu isə SOCAR-ın payına düşür.
Cari ilin 5 ayında Azərbaycanda qaz hasilı ötən ilin uyğun dövrü ilə müqayisədə 2,6 milyard artıraraq 19,6 milyard kubmetr təşkil edib.
"Hasil edilən qazın 5,8 milyard kubmetri AÇG-nin, 10,6 milyard kubmetri "Şahdəniz” yatağının, 3,2 milyard kubmetri SOCAR-ın payına düşüb. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatı 15,3 faiz, yəni 2,6 milyard kubmetr artıb", - Energetika Nazirliyi bildirib.
Ölkədə neftin emalı 2022-ci ilin yanvar-mayında 2,3 milyon ton təşkil edib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 