ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu il iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək”, - məlumatda qeyd olunub.
Səfər zamanı dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsinə yönəlmiş diplomatik səylərinə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, transmilli təhdidlərlə mübarizə, əsas azadlıqlar və ikitərəfli ticarət və investisiyaların inkişafında tərəfdaşlığı qeyd edəcək.
Bakıdan sonra o, iyunun 17-də Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək, burada Gürcüstan Prezidenti Salome Zurabişvilinin təşkil etdiyi konfransda çıxış edəcək, Baş nazir İrakli Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
12:10
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Siyasət
11:28
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Siyasət
10:06
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
Siyasət
21:54
Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - Yenilənib