• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycan rezidentləri bu il xaricilərə 1 mlrd dollarlıq xidmət edib

Azərbaycan rezidentləri bu il xaricilərə 1 mlrd dollarlıq xidmət edib
11.06.2022 12:51
Bu ilin I rübündə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2,6 milyard ABŞ dolları təşkil edib. 

bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bunun 1,6 milyard ABŞ dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1 milyard ABŞ dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 23,3 % azalaraq 627,5 milyon ABŞ dolları olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 477,3 milyon ABŞ dolları (29,8 % azalma) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 150,2 milyon ABŞ dolları (8,8 % artım) olub.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 37,5 %-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 994,5 milyon ABŞ dolları olan nəqliyyat xidmətlərinin 61,6 %-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 612,6 milyon ABŞ dolları, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 381,9 milyon ABŞ dolları təşkil edib.

Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 3,6 %, idxalı isə 15,1 % artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin I rübündə 230,6 milyon ABŞ dollara (10,3 % artım) yüksəlib (2021-ci ilin I rübündə bu göstərici 209,1 milyon ABŞ dolları olub).

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
İqtisadiyyat 18:59
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
İqtisadiyyat 16:03
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol