İranda daha 6 nəfər COVID-19-dan öldü
İranda ötən sutka ərzində 56 nəfər koronavirusa (COVID-19) yoluxub, 6 nəfər ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 141 349 nəfər, yoluxanların sayı isə 7,23 milyonu ötüb. Virus daşıyıcılarından 383 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 7,05 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox