Böyük Britaniya iqtisadiyyatı aprel ayında enerji qiymətlərinin artması fonunda 0,3% azalıb

Böyük Britaniyanın ÜDM-i apreldə gözlənilmədən yanacağın qiymətinin artması fonunda ekspertlərin müsbət proqnozlarının əksinə olaraq 0,3% azalıb. Bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin saytında məlumat verilib.
Britaniya iqtisadiyyatının aprel ayında 0,3% enməsi 0,1% artım elan edən analitiklərin gözləntilərindən də pis olub. Eyni zamanda, mart ayında ÜDM-in azalması 0,1% təşkil edib, fevralda isə sıfır səviyyəsində olub. Baxmayaraq ki, agentliyin məlumatına görə, aprel ayında ölkə iqtisadiyyatının bütün sahələri ÜDM-in artımına töhfə verib.
İdarənin iqtisadi statistika şöbəsinin rəhbəri Darren Morqanın sözlərinə görə, ölkədə ən çox zərər çəkən sahə istehsalat olub. Əksər şirkətlər yanacaq və enerji qiymətlərinin artmasının ən pis təsir etdiyini bildiriblər.
İyunun 8-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Böyük Britaniyanı Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat nəticəsində zərər çəkmiş əsas ölkə adlandırıb. Assosiasiyanın proqnozuna görə, bu il Böyük Britaniyada ÜDM-in artımı 3,6% təşkil edəcək. Lakin 2023-cü ildə artım sıfır mövqedə olacaq.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 