• $
  • £

Bolqarıstanda böhran: nazirlər istefa verdilər

Bolqarıstanda böhran: nazirlər istefa verdilər
13.06.2022 23:59
Bolqarıstanın "Belə bir xalq var” populist partiyasından olan energetika naziri Aleksandr Nikolov və xarici işlər naziri Teodora Gençevskaya bazar ertəsi istefa veriblər. Bu barədə "Novinite” nəşri yazıb.


Bu istefalardan əvvəl "Belə bir xalq var” partiyasının nazirləri Qrozdan Karadjov (Regional İnkişaf və Təkmilləşmə Nazirliyi) və Radostin Vasilyev (İdman Nazirliyi) istefa veriblər. Onlar Slavi Trifonovun öz partiyasını hakim koalisiyadan çıxarmaq qərarının nəticəsi olaraq bu addımı atıblar.


"Nazir Nikolovun hökumətdən istefa verməsinin səbəbləri sırf siyasidir. O, davamçısı seçilənə qədər öz konstitusiya vəzifələrini yerinə yetirməyə davam edəcək”, - deyə Energetika Nazirliyinin bəyanatında bildirilir.


"İstefanın səbəbi "Belə bir xalq var” partiyasının öz nazirlərini hökumətdən geri çağırmaq qərarı ilə bağlıdır”, - deyə XİN-in açıqlamasında qeyd edilir.


İstefalar baş nazir tərəfindən qəbul edilməlidir və o, bu məsələni Milli Assambleyada səsverməyə çıxarmalıdır. Baş nazir daha sonra yeni nazirləri təyin edir. Bu prosedur üçün son tarix yoxdur və nazirlərin işdən çıxarılması prosesi ləngiyə bilər.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol