Vergi daxilolmaları 41%-dən çox artıb

2022-ci ilin yanvar-mayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə vergi daxilolmaları 52,3% artıb. Bu barədə Nazirliyin rəsmi saytı məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları təxminən 2 milyard manata yaxın artaraq 5 milyard 803 milyon 736,4 min manata çatıb.
Regionlar üzrə daxilolmalar 476,5 milyon manat olmaqla, proqnoz 114,0% icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 22,4% artıb.
Ödənilən vergilərin 67,3%-i qeyri-neft-qaz sektorunun, 32,7 %-i isə neft-qaz sektorunun payına düşüb.



Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 