Nə qədər aktiv vergi ödəyicisi var?

Azərbaycanda 2022-ci il iyunun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 684.699 olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,3% artaraq 185.736-a çatıb.

Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
Azərbaycan Respublikasında dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri) müəyyən edilir və ödənilir.
Dövlət vergiləri dedikdə, Azərbacan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.
Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.
Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.
Vergi məbləğləri aşağıdakı formalarda tutulur:
bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);
bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);
Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).
Dövlət vergilərinə aşağıdakılar aiddir:
1) fiziki şəxslərin gəlir vergisi;
2) hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);
3) əlavə dəyər vergisi;
4) aksizlər;
5) hüquqi şəxslərin əmlak vergisi;
6) hüquqi şəxslərin torpaq vergisi;
7) yol vergisi;
8) mədən vergisi;
9) sadələşdirilmiş vergi.
Bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək hədləri qanunvericiliklə müəyyən edilir. Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Azərbaycan Respublikası qanunverciliyi ilə müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 