BP-nin Azərbaycanda qazdığı quyu neft vermədi

Abşeron yarımadasının dayazsulu hissəndə qazılan üçüncü kəşfiyyat quyusunda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatı aşkarlanmadığından 25 may 2022-ci il tarixində təhlükəsiz şəkildə bağlanıb və daimi tərk edilib. Bu barədə BP Azərbaycan məlumat yayıb.
Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH layihəsinin kəşfiyyat qazma proqramı üçün planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsi olduğundan "Satti” özüqalxan qazma qurğusu AYDH proqramında iştirakını bitirib.
QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılmışdı. Quyunun qazılmasına aprel ayının 4-də başlanmışdı və əsas quyunun ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılırdı. Əsas hədəfdə karbohidrogen ehtiyatları müşahidə olunmadığından qazma əməliyyatları 2185 metr dərinlikdə dayandırılmışdır.
bp AYDH layihəsinin operatorudur və kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişdə 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti - 50% və LUKOİL - 25%.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 