• $
  • £

Rusiyada AİHM-in qərarları icra olunmayacaq

Rusiyada AİHM-in qərarları icra olunmayacaq
13.06.2022 18:44
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının Rusiyada icra olunmaması ilə bağlı qanunları imzalayıb. Bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq əmr imzalayıb.

Belə ki, AİHM-nin 2022-ci il martın 15-dən sonra qəbul etdiyi qərarlar Rusiyada icra olunmayacaq və qurumun qərarları əsasında kompensasiyaların ödənilməsi yalnız rublla və yalnız Rusiya banklarındakı hesablara həyata keçiriləcək. Bununla belə, Rusiya Federasiyasının Baş Prokurorluğu 2023-cü il yanvarın 1-dək AİHM-in qərarlarına uyğun olaraq ərizəçiyə pul kompensasiyası ödəyə biləcək.
 
Bundan əlavə, AİHM-in qərarları artıq Rusiya məhkəmələri tərəfindən qəbul edilən qərarlara yenidən baxılması üçün əsas olmayacaq.
 
Rusiyada bir qrup deputat vətəndaşların dinc nümayiş və etiraz hüquqlarını daha da məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsi də  hazırlanıb.
Kütləvi toplantılara əlavələri nəzərdə tutan layihə Dövlət Dumasında iyunun 9-da qeydiyyata alınıb.

Layihədə rəsmi binalar və vacib infrastruktur, universitetlər, xəstəxanalar, dini və ziyarət məkanları yaxınlığında yürüşlər qadağan olunur.

"Xarici agent” adlandırılan qruplar, yaxud fərdlərin etiraz aksiyaları təşkil etməsi isə tamamilə qadağan edilir.
 
Avropa İnsan Hüquqları Məhkəməsi  "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmədir. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir. 

Cari il 31 martda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarlarının icrası üzrə ilik hesabatını açıqlayıb. Hesabat görə, Azərbaycan 5 ildir ki, məhkəmənin 31 qərarını icra etmir. Hesabatda Azərbaycan ötən il AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb. Azərbaycanda 271 qərar icrasını gözləyir. 2020-ci ildə isə 231 qərar icra olunmamış idi. Bu qərarların tam yerinə yetirilmədiyi bildirilir.


Ləman Qasımova







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol