• $
  • £

Facebook və Instagram 8 iddia ilə MƏHKƏMƏYƏ VERİLİB

Facebook və Instagram 8 iddia ilə MƏHKƏMƏYƏ VERİLİB
13.06.2022 19:03
Meta Korporasiyasına məxsus "Facebook" və "Instagram" uşaqlara zərər vurduğu iddia edilərək ABŞ-da məhkəməyə verilib. Bu barədə xarici KİV məlumat yayıb.
 
Ümumillikdə, 8 iddia var. İddialar Texas, Tennessi, Kolorado, Delaver, Florida, Corciya, İllinoys və Missuri ştatlarının federal məhkəmələrinə verilib.

Zərərçəkmişlər iddia ərizələrində qeyd olunan sosial şəbəkələrin alqoritmlərinin uşaq və yeniyetmələrdə təhlükəli aludəçilik yaradacaq şəkildə qurulduğunu iddia edirlər.
 
Bundan əlavə, iddiaçıların fikrincə, "Facebook" və "Instagram" təşviq edir ki, azyaşlılar yemək pozğunluğu, intihar, depressiya və yuxu pozğunluğu riskini artıran məzmuna baxsınlar.
 
Bütün bu səkkiz işə Beasley Allen hüquq firmasını təmsil edən vəkil Endi Burçfild baxır. O, deyib ki, gənclər arasında sosial mediadan istifadə ABŞ-da üzləşdiyimiz psixi sağlamlıq böhranında əsas amil kimi qəbul edilməlidir.
 
2022-ci il martında Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı fevral  ilə müqayisədə 4,1% və ya 208,6 min nəfər artıb. Aprelin 1-i tarixinə ölkə üzrə 5 312,2 min nəfər aktiv "Facebook" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 51,6%-ni təşkil edir. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə "Facebook" istifadəçilərinin sayı 22,5% və ya 975,2 min nəfər artıb. İstifadəçilərin 61%-i kişilər, 39%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 812,7 min nəfər) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 1,11 mln. nəfərlə liderlik edir.

Bu ilin martında Azərbaycanda "Instagram" sosial şəbəkə istifadəçilərinin sayı fevral ayı ilə müqayisədə 3,3% və ya 136 min nəfər artıb. Bu il aprelin 1-i tarixinə ölkə üzrə 4 220,7 min nəfər aktiv "Instagram" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 41%-ni təşkil edir. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 17,5% və ya 628,7 min nəfər artıb. İstifadəçilərin 58,9%-i kişilər, 41,1%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 515,8 min) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 899,7 min nəfərlə liderlik edir.
 
Ləman Qasımova
 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol