Fabrikdə partlayış - 100-dən çox yaralı var
İranın Fars əyalətinin Firuzabad şəhərində natrium karbonat zavodunda partlayış baş verib. Buna səbəb çənlərdən birində sızmanın baş verməsi olub. Bu barədə İran KİV məlumat verir.
Yanğının fabrikin digər çənlərinə keçməsi və qazın yayılması ilə əlaqədar Cem-Firuzabad yolu bağlanıb.
www.anews.az
Fars Dövlət Təcili Tibbi Yardım və Qəza Mərkəzinin direktoru Məhəmməd Cavad Muradiyan bədbəxt hadisə nəticəsində 112 nəfərin yaralandığını bildirib.
Xəsarət alanlar arasında qazdan zəhərlənənlər var .
Fars Qubernatorluğunun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin direktoru Halil Abdullahi isəhadisənin tez bir zamanda təxliyə edildiyini və partlayış nəticəsində heç bir insan itkisinin olmadığını qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox