Daha bir Avropa ölkəsində meymunçiçəyi aşkarlandı
Rumıniyada meymunçiçəyinə ilk yoluxma halı aşkar edilib. Bu barədə "Reuters" ölkə rəsmilərinəyerli rəsmilərə istinadən məlumat verir.
"Rumıniya səhiyyə nazirliyi bazar ertəsi paytaxt Buxarestdən olan 26 yaşlı bir kişidə Qərbi və Mərkəzi Afrikada rast gəlinən meymun çiçəyi xəstəliyinin aşkarlandığını təsdiqləyib", - Reuters yazıb.
Nazirlik bildirib ki, meymun çiçəyi xəstəliyinin aşkarlandığı bir neçə Avropa ölkəsinə səfər etmiş xəstənin vəziyyəti yaxşıdır və təcrid olunmuş şəkildə müalicə olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox