Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsinin həcmi AÇIQLANIB

2022-ci ilin sonuna kimi Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi rekord səviyyədə, 4 milyard dollar ola bilər. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov "Bakinskiy raboçiy” qəzetinə müsahibəsi zamanı bildirib.
"Ümid edirik ki, bu ilin sonuna kimi bizim ticarət dövriyyəmizin həcmi 4 milyard dollara çatacaq. Hər bir halda bunun baş verməsi üçün hər şey edəcəyik. Çünki bunun üçün ilkin şərtlər mövcuddur”, - səfir vurğulayıb.
Səfirin sözlərinə görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin 4 ayında hər iki ölkə arasında ticarət həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 6,44% artaraq 893,5 milyon dollar olub.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 