• $
  • £

ABŞ dövlət katibinin köməkçisi Azərbaycanda səfərdədir

ABŞ dövlət katibinin köməkçisi Azərbaycanda səfərdədir
15.06.2022 09:19
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycana səfər edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Karen Donfrid iyunun 19-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. Dövlət katibinin köməkçisi hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edərək, ABŞ-ın onların suverenliyi və müstəqilliyinə dəstəyini vurğulayacaq. O, həmçinin ABŞ-ın bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək etməyə hazır olduğunu qeyd edəcək.
Donfrid Azərbaycanda ölkə rəsmiləri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək. Dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində diplomatik səylərə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək və Avropanın enerji təhlükəsizliyinin təşviqi, transmilli təhdidlərlə mübarizə, fundamental azadlıqların dəstəklənməsi və ikitərəfli ticarətin inkişafı sahəsində tərəfdaşlığı vurğulayacaq.
İyunun 17-də dövlət katibinin köməkçisi Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək və Prezident Salome Zurabişvilinin təşkil etdiyi Tbilisi Qadınlar Beynəlxalq Konfransında çıxış edəcək. Donfrid həmçinin Tbilisidə baş nazir Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət nümayəndələri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək, Kremlin Ukraynaya qarşı müharibəsini və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ABŞ-ın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini müzakirə edəcək. Dövlət katibinin köməkçisi həmçinin ABŞ-ın Gürcüstana demokratik inkişafı və qanunun aliliyini inkişaf etdirmək, bu ölkənin iqtisadiyyatını şaxələndirmək və firavan gələcəyin qurulmasında bundan sonra necə dəstəkləyə biləcəyini müzakirə edəcək.
Dövlət katibinin köməkçisi Donfrid daha sonra iyunun 18-də Ermənistanın paytaxtı İrəvana gedəcək, orada baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşəcək. Dövlət katibinin köməkçisi ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı sülhə doğru diplomatik səylərə dəstəyini ifadə edəcək”, - səfirliyin məlumatında qeyd olunub

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 23:49
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Makron İlham Əliyevə zəng etdi
Siyasət 18:45
Makron İlham Əliyevə zəng etdi
Ceyhun Bayramov və Tom Berendsen arasında telefon danışığı olub
Siyasət 17:12
Ceyhun Bayramov və Tom Berendsen arasında telefon danışığı olub
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol