Azərbaycanda ödəniş kartlarının sayı 12,4 milyon ədədə çatıb - Mərkəzi Bank

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artaraq 12,4 milyon ədədə çatıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanov bildirib.
"2022-ci il iyunun 1-nə ölkədə qeydiyyata alınan ödəniş kartlarının sayı 12,4 ədədə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur", - Osmanov cümə axşamı Fintex sammitində deyib.
Osmanov qeyd edib ki, hesabat dövründə nağdsız ödənişlərin həcmi 2,2 dəfə və ya 8 milyard manatadək artıb, kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi 12,4% artaraq 40%-ə çatıb.
Bundan başqa direktor qeyd edib ki, elektron ticarətin həcmi 2,7 dəfə artaraq 6 milyard manata çatıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 