• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycanın nəhəng holdinqi ABŞ-a “İnnovasiyalar səfəri” təşkil edib

Azərbaycanın nəhəng holdinqi ABŞ-a “İnnovasiyalar səfəri” təşkil edib
16.06.2022 10:17
Daim yenilikçi yanaşması və ölkədə innovasiya ekosisteminə göstərdiyi dəstək ilə fərqlənən PAŞA Holding bu istiqamətdə növbəti təşəbbüs həyata keçirib. Belə ki, innovasiya proqramı çərçivəsində PAŞA Holding-in innovasiya komandası və Kapital Bank-ın daxil olduğu PAŞA Qrup şirkətlərinin nümayəndələri ABŞ-nin Kaliforniya ştatına səfər ediblər.

Səfərin məqsədi müxtəlif sahələrdə müasir trendləri kəşf etmək və dünyaca məşhur startapların təsisçiləri ilə fikir mübadiləsi aparmaq üçün seminarlarda iştirak etmək, startapçılar, universitetlər, vençur kapitalı fondları, akseleratorlar və digər təşkilatlarla tanış olmaq idi. Səfər zamanı iştirakçılar Silikon Vadisinin nüfuzlu startapları və maliyyə şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, "Plug&Play” şirkətinin İnnovasiya Sammiti tədbirində iştirak edib və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparıblar. Həmin sammitdə hazırda "Twitter”in idarə heyətinin üzvü olan iş adamı Omid Kordestani də iştirak edirdi.

Qeyd edək ki, 2021-ci ilin sonunda PAŞA Holding-in innovasiya komandası eyni məqsədlə İsrailə də səfər etmişdi.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
İqtisadiyyat 18:59
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
İqtisadiyyat 16:03
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol