• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Kapital Bank tələbələrin inkişafı üçün növbəti tədbiri keçirdi

Kapital Bank tələbələrin inkişafı üçün növbəti tədbiri keçirdi
16.06.2022 14:59
Kapital Bank-ın təşkilatçılığı ilə İdarəetmə üzrə Beynəlxalq ekspert və məsləhətçi "GDG Professionals” şirkətinin rəhbəri Gülzar Quliyevanın təqdimatında "Yeni Dünya, Yeni Sən” başlığı altında məlumat sessiyası keçirilib. Sessiyada Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti kimi təhsil müəssisələrinin tələbələri fəal şəkildə iştirak ediblər. 

Təqdimat zamanı səsləndirilən fikirlər iştirakçılar arasında böyük marağa səbəb olub. Tələbələr "yeni dünya”nın xüsusiyyətləri və onun diktə etdiyi vərdişlər, dəyişiklikləri fürsətə çevirmənin yolları, emosional zəka, gələcəyə baxış, iş müsahibələrinə hazırlıq kimi günümüzdə böyük tələbatla qarşılanan mövzuları interaktiv şəkildə müzakirə edib, fərdi və qrup işləri çərçivəsində həm öz biliklərini, həm də kommunikasiya bacarıqlarını artırıblar. 

Tədbirin yekununda gənclər bu cür informativ sessiyaların onların öz gələcək karyera yolunu müəyyənləşdirməsində çox faydalı və təkanverici bir amil olduğunu vurğulayıblar. İştirakçılar şəxsi inkişaf, özünə inam, motivasiya və bir sıra fərqli mövzularda sessiyaların davam etdirilməsi ilə bağlı öz gözləntilərini səsləndirib və sessiyadan müsbət təəssüratlarla ayrılıblar.   

Kapital Bank mütəmadi olaraq təhsil layihələrinə diqqət ayırır. Bankın Beynəlxalq Təhsil Sərgisində, Respublika Fənn Olimpiadasında, Azərbaycan üçün öyrət, "Təhsil Avtobusu”, "Bir ideyam var”, Sabah qrupları kimi müxtəlif layihələrdə iştirakı, habelə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti və digər təhsil müəssisələri ilə birgə fəaliyyəti buna əyani sübutdur. Yaxın gələcəkdə də, təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
 








www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
İqtisadiyyat 18:59
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
İqtisadiyyat 16:03
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol