Ermənistan Tbilisi görüşündən imtina etdi..
Ermənistan naməlum səbəbdən üç Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirlərinin Tbilisidə keçiriləcək görüşündən imtina edib. Bunu Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı IX Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
"Biz bu məsələ ilə bağlı gürcü həmkarlarımızla məsləhətləşdik. Gürcüstan hökuməti Gürcüstanda xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüş təşkil etmək, dialoqa başlamaq bunu dəstəkləyir. Təəssüf ki, Ermənistan bundan imtina etdi. Səbəbi mənə məlum deyil. Mən heç bir ağlabatan izahat tapa bilmirəm”, - Əliyev bildirib.
Onun sözlərinə görə, oxşar təkliflər Avropa institutları tərəfindən edilib, lakin "yenə imtina olunub”.
"Əgər Ermənistan Cənubi Qafqazda sülh yaratmaq istəmirsə, o zaman sual yaranır: onlar nə istəyirlər? Növbəti müharibə onlar üçün fəlakət olacaq və onlar bunu çox gözəl başa düşürlər”, - deyə Əliyev əlavə edib.
N.Təbrizli
www.anews.az