Rusiya kristal tək təmiz deyil və buna görə heç utanmır – Lavrov BBC-ə SÖYLƏDİ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BBC-nin Rusiya redaktoru Stiv Rozenberqin suallarını cavablandırıb.
BBC-nin xəbərinə görə, təxminən dörd ay öncə Rusiya ordusunun Ukraynaya hücumu nəticəsində indiyə qədər minlərlə dinc sakin həlak olub, bütün şəhərlər xarabalığa çevrilib, milyonlarla ukraynalı isə evlərini tərk etməyə məcbur olub.
" Lavrov mənim gözümün içinə baxdı və hər şeyin göründüyü kimi olmadığını dedi”, - cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbət edən Stiv Rozenberq qeyd edib.
"Biz Ukraynaya hərbi müdaxilə etməmişik”, - o, bəyan edib.
"Biz xüsusi hərbi əməliyyat elan etdik, çünki Qərbə Ukraynanı NATO-ya yaxınlaşdırmanın cinayət olduğunu başa salmaq üçün başqa yolumuz yox idi” .
Fevralın 24-də Rusiya Ukraynanı işğal edəndən bəri Lavrov Qərb mediasına yalnız bir neçə müsahibə verib. O, Ukraynada nasistlərin olması ilə bağlı rəsmi Kremlin münasibətini təkrarlayıb. Rusiya rəsmiləri tez-tez iddia edirlər ki, onların ordusu ölkəni "denatsifikasiya edir”. Cənab Lavrovun bu yaxınlarda Ukraynanın prezidenti ilə bağlı nasist həqarətinə bəraət qazandırmağa cəhd göstərməsi səs-küyə səbəb olmuşdu. Lavrov Adolf Hitlerin "yəhudi qanı" olması ilə bağlı gülünc iddia səsləndirmişdi. Xatırladaq ki, Ukrayna prezidenti də yəhudidir.
"Mən Lavrova Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukraynanın Çerniqov vilayətindəki Yahidne kəndi ilə bağlı rəsmi hesabatından sitat gətirdim. Orada deyilir ki, 360 sakin, o cümlədən 74 uşaq və 5 əlil Rusiya silahlı qüvvələri tərəfindən zirzəmidə 28 gün qalmağa məcbur edilib”.
"Nasistlərlə döyüşmək budurmu?”, - daha sonra jurnalist Lavrova sual ilə müraciət edib.
"Çox təəssüf ” ifadəsindən sonra cənab Lavrov cavabına belə davam edib.
"Lakin beynəlxalq diplomatlar, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT-nin Baş katibi və digər BMT nümayəndələri Qərb tərəfindən təzyiqlərə məruz qalırlar. Qərbin yaydığı saxta xəbərləri gücləndirmək üçün istifadə olunur”.
"Rusiya kristal təmiz deyil. Rusiya necə varsa elədir. Biz özümüzü olduğumuz kimi göstərməkdən utanmırıq”, - Lavrov bildirib.
72 yaşlı Lavrov artıq 18 ildir ki, Rusiyanı beynəlxalq arenada təmsil edir, lakin indi Qərbin sanksiyaları həm ona, həm də qızına qarşı tətbiq edilib.
ABŞ onu Ukraynya təcavüz edən kimi təqdim edərək yalan danışmaqda və Təhlükəsizlik Şurasının üzvü kimi Rusiyanın işğalına görə, birbaşa məsuliyyət daşımaqda ittiham edib.
"Daha sonra mən Rusiyanın Böyük Britaniya ilə münasibətləri məsələsinə toxundum. Böyük Britaniya Rusiyanın rəsmi qeyri-dost ölkələri siyahısındadır. Odur ki, bu münasibətləri pis kimi dəyərləndirsəydim real vəziyyəti azaltmış olardım”, - jurnalist yazıb.
"Məncə, artıq manevr etməyin yeri yoxdur. Boris Conson və Truss (İngiltərənin Xarici İşlər Naziri Liz) açıq şəkildə deyirlər ki, Rusiyanı məğlub etməlidirlər, Rusiyanı diz çökdürməlidirlər, edin o zaman!”, - Lavrov cavab verib.
Ötən ay Böyük Britaniyanın xarici işlər naziri Vladimir Putinin dünya səhnəsində özünü alçatdığını və onun Ukraynada məğlubiyyətlə üzləşməsini təmin etməli olduqlarını açıqlamışdı.
Stiv Rozenberq Lavrova Böyük Britaniyaya münasibətinin indi necə olduğunu soruşub. Lavrov isə cavabında Britaniyanın bir daha öz xalqının maraqlarını siyasi ambisiyalara qurban verdiyini iddia edib.
Jurnalist ondan bu yaxınlarda Rusiya separatçıları tərəfindən işğal olunmuş Ukraynanın şərqində ölümə məhkum edilmiş iki britaniyalı haqqında da soruşub.
Rozenberq Qərbin gözündə onların taleyinə görə, Rusiyanın məsuliyyət daşıdığını vurğulayanda Lavrov deyib ki, "Qərbin gözü məni qətiyyən maraqlandırmır. Məni ancaq beynəlxalq hüquq maraqlandırır. Beynəlxalq hüquqa görə, muzdlular döyüşçü deyil”.
Jurnalist həmin şəxslərin Ukrayna Silahlı Qüvvələrində xidmət etdiyini və muzdlu döyüşçü olmadığını deyib. Lavrov isə buna məhkəmə tərəfindən qərar verilməsinin doğru olduğunu bildirib.
Rozenberq xatırladıb ki, altı il ərzində BBC dəfələrlə separatçıların idarə etdiyi bölgələrin rəhbərliyi ilə əlaqə saxlayıb və nə baş verdiyini görmək üçün ora yollanmaq istəyib, icazə ümün müraciət edib , lakin hər dəfə onlara giriş qadağan edilib.
Rusiya Ukraynanı soyqırımda ittiham edib. Bununla belə, 2021-ci ildə üsyançıların nəzarətində olan ərazilərdə özünü Rusiyayönlü "məmurlar" adlandıran 8, bir il əvvəl isə 7 mülki şəxs öldürülüb.
"Hər bir ölümün faciə olduğunu qəbul etsəm də, Lavrov bunun soyqırım olmadığı fikirində qaldığını bildirdi”, - jurnalist yazıb.
Jurnalist təklif edib ki, əgər həqiqətən də soyqırım baş versəydi, o zaman Luqansk və Donetsk separatçıları BBC nümayəndlərinin ora getməyində maraqlı olardılar. Rozenberq onları niyə içəri buraxmadıqlarını soruşub. Lavrov isə "bilmirəm” deyə cavab verib.
www.anews.az