Hindistanda daşqınlar 71 insanın həyatına son qoyub
Hindistanın Assam ştatında baş verən daşqınlar 71 sakinin ölümünə səbəb olub.
Bu barədə Hindistanın Fəlakətlərlə Mübarizə İdarəsi xəbər verir.
Məlumata görə, təbii fəlakət zamanı həmçinin 4 228 100 insan zərər çəkib.
Daşqınların səbəbi leysan yağışlar olub, buna görə də Brahmaputra çayı və onun qolları məcrasından çıxıb. Ən çox insan itkisi, dağıntılar Assam və Meqalaya ştatlarında qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox