İraqda 13 nəfərdə vəba xəstəliyi aşkarlandı
İraqda 13 nəfərdə vəba xəstəliyi aşkar olunub. Bu barədə xarici KİV-də ölkənin səhiyyə qurumları açıqlayıb.
www.anews.az
Yoluxma hallarının 10-u Süleymaniyyə vilayətində, 1-i Kərkükdə, 2-si isə Müsənnədə qeydə alınıb.
Daha 56 nəfərdən analiz götürülərək paytaxt Bağdadda mərkəzi laboratoriyaya göndərilib.
Ölkədə vəbadan hələ ki ölüm halı qeydə alınmayıb.
İraqda ən son vəba xəstəliyi 2015-ci ildə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada vəba xəstəliyinə 1,3 milyondan 4 milyona qədər yoluxma qeydə alınır ki, bu da 21 000-dən 143 000-ə qədər şəxsin ölümünə gətirib çıxarır.
Son 10 gündə Süleymaniyyədə 4 mindən çox adam ishal və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib. Nazirlik bildirir ki, vəba qorxulu xəstəlik olsa da, müalicəsi mümkündür.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox