• $
  • £

Elon Maskın oğlu adını və cinsiyyətini dəyişdirir

Elon Maskın oğlu adını və cinsiyyətini dəyişdirir
21.06.2022 13:40
"SpaceX” və "Tesla” şirkətlərinin təsisçisi İlon Maskın oğlu Ksavyer cinsini dəyişmək və öz soyadından imtina etmək üçün məhkəməyə müraciət edib. Bu barədə məlumatı "Daily Mail” yayıb. 

18 yaşı tamam olan Mask Los-Anceles məhkəməsinə apreldə müraciət etsə də, bu barədə məlumatlar mediaya bu yaxınlarda sızıb. Müraciətlə bağlı məhkəmə sənədləri PlainSite.org saytında yerləşdirilib.

Aydın olub ki, Ksavyer Aleksandr Mask sənədlərdə cinsinin rəsmi olaraq kişidən qadına dəyişdirilməsi və adının Vivian Cenna Uilson kimi qeydiyyata alınması üçün məhkəməyə müraciət edib.

Maskın oğlu qərarını onunla izah edir ki, o, bioloji atası ilə yaşamır, həmçinin onunla heç bir şəkildə və hər-hansı formada qohum olmaq istəmir. Ksavyer Maskın adını dəyişdirdikdən sonra atasından maliyyə yardımı alıb-almayacağı açıqlanmayıb. 

İlon Mask 2000-ci ildə kanadalı yazıçı Castin Uilson ilə ailə həyatı qurub. 2002-ci ildə cütlüyün bir oğlu dünyaya gəlsə də, körpə 10 gündən sonra dünyasını dəyişib. Daha sonradan cütlüyün Ksavyer və Qrifin adlı əkizləri, Demian, Kai və Sekson adlı üçəmləri dünyaya gəlib. Mask və Uilson 2008-ci ildə ayrılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol